news Image
2014.03.09
10:48
| A A A
Türkiyənin XİN rəhbəri BMT-nin baş katibi ilə görüşəcək
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 11-də BMT-nin baş katibi Pan Gi Munla görüşmək üçün Nyu-Yorka gedəcək. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən şənbə günü məlumat verir. Məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti, Kipr problemini, həmçinin Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci ildən 2016-ci ilədək dövründə qeyri-daimi üzvü statusunun qazanılmasını müzakirə edəcəklər.

Türkiyə XİN-in məlumatına görə, Davudoğlu xüsusi qonaq qismində Karib birliyi (KARİKOM) dövlət və hökumət başçılarının sammitində iştirak edəcək.

Sammitdə nazir Karib hövzəsi ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində çıxış edəcək.