Əlaqə Arxiv
news Image
2012.04.06
11:33
| A A A
Azərbaycan informasiya texnologiyaları sahəsində 9 pillə irəlidədi
Azərbaycan İKT inkişaf reytinqində MDB ölkələri arasında ikinci yeri tutur

Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global Information Technology Report 2012) dair yeni hesabatı açıqlayıb. 2002-ci ildən İsveç üçünçü dəfədir reytinqdə birinciliyini qoruyub saxlayır. The Global Information Technology Report 2010-2011, INSEAD biznes-məktəb ilə birgə hazırlanan məruzə çərçivəsində 142 ölkədəki vəziyyət nəzərdən keçirilib.

İkinci yerdə Sinqapur, üçünçü yerdə isə Finlandiya olub. İlk onluğa Danimarka (4-cü yer), İsveçrə (5), Niderland (6), Norveç (7), ABŞ (8), Kanada (9) və Birləşmiş Krallıq (10) daxildir.

MDB ölkələrin Dünya İqtisadi Forumunun siyahısında, 55-ci yerdə Qazaxstan, 61-ci yerdə Azərbaycandır. Ukrayna 90-cı yerdən 75-ci yerə keçib. Moldova isə 78-ci yerdə, Ermənistan 94, Tacikistan 114, Qırğızıstan 115-ci yerdədir. Keçmiş SSSR respublikaları arasında Estoniya 24, Litva 31, Latviya 41, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

BRİCS ölkələri arasında Çin 51, Rusiya 56, Braziliya 65, Hindistan 69, Cənubi Afrika Respublikası 72-ci yerdədir. Burada son illərdə irəliləyən Rusiya olub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, hesabatda dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) öz əksini tapıb. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb. ÜİF mütəxəssisləri ölkəmizə respublikanın informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs edən "Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar" başlığı ilə ayrıca bölmə həsr ediblər. 

Ekspertlər qeyd edirlər ki, ölkə İKT-nin inkişafına xüsusi əhəmiyyət verir. 

Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb. ÜİF ekspertləri, sektorun hökumət üçün prioritet olmasını, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, İKT xidmətlərindən istifadənin Azərbaycanda İT-nin inkişafı üçün güclü tərəflər olduğunu bildirirlər.

Sizin Reklam Yeriniz