news Image
2012.06.21
15:06
| A A A
Türkiyədə şok qərar: içkili namaz qılmaq olar
Türkiyə Dini İşlər Ali Şurası kilsə və sinaqoqlarda da namaz qılınmasının şərtini açıqlayıb

Türkiyə Dini İşlər Komitəsinin aylıq jurnalı olan "Diyanet" jurnalının növbəti sayı işıq üzü görüb. Lent..az-ın verdiyi məlumata görə, jurnalda Dini İşlər Ali Şurasının qərarları açıqlanıb. Jurnalda ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı cavablar əksini tapıb. Məsələn, məscid olmadığı halda kilsə və sinaqoqda namaz qılmağın mümkün olub-olmadığı barədə suallara cavab olaraq qeyd edilib ki, əgər kilsə və sinaqoqda namaz qılmaq məcburiyyəti yaranarsa, imkan daxilində oradakı rəsm və heykəllərin üzəri örtülməlidir. 

İnsan alkoqollu içki içdikdən sonra namaz qılmasının mümkün olub-olmadığı barədə suala cavab daha çox diqqət çəkir. Dini İşlər Ali Şurasının qərarına görə, namaz qılacaq, oruc tutacaq və dua edəcək şəxs nə dediyini, nə etdiyini biləcək qədər ayıq, ağlı başında olmalıdır: "Buna görə də alkoqollu içki içən insan nə dediyini biləcək qədər sərxoş deyilsə, namaz qıla bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs