Əlaqə Arxiv
news Image
2014.05.01
10:35
| A A A
Cəbhədə atəşkəs pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Cəbhə xəttində atəşkəs yenidən pozulub. 


Müdafiə Nazirliyindən Anspress-ə verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 


Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz