news Image
2014.05.01
10:52
| A A A
Sənəd verən abituriyentlərin sayı 97 min nəfəri ötdü

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün 97 307 abituriyent sənəd verərək ərizəsini təsdiqlədib. Həmin abituriyentlərin 88 549-u Azərbaycan, 8758-i isə rus bölməsinin abituriyentləridir. Abituriyentlərin 35 555-i I, 23 473-ü II, 26 164-ü III, 12 115-i isə IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib. Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu aprelin 1-dən 30-dək davam edib. Ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməzlər. Qeyd edək ki, bu il əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayın 11 və 18-də keçiriləcək. Bu ilin məzunları üçün isə, yəni tam orta və orta ixtisas təhsili müəssisələrini 2014-cü ildə bitirənlər, həmçinin ali təhsil müəssisələrini bu il bitirib ikinci ali təhsil almaq istəyən şəxslər üçün qəbul imtahanları iyul ayında olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs