Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Uşaqların cinsi inkişafı yoxlanılacaq
 
 
news Image
2014.05.01
10:57
| A A A
Uşaqların cinsi inkişafı yoxlanılacaq
Azərbaycanda icbari dispanserizasiya zamanı uşaqların yaşlarına uyğun hansı müayinələrin aparılacağı müəyyənləşdirilib. Nazirlər Kabinetindən Movqe.az-a verilən məlumata görə, "Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası", "Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları" təsdiqlənib. Həmin sənədlərə əsasən, uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir. Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə, cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyası isə Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir.  İcbari dispanserizasiya zamanı həkim-mütəxəssislər, əsasən, uşaqların daxili orqanlarının vəziyyətini, fiziki inkişafını, qamətin əyilməsi, dişlərdə kariyesin əmələ gəlməsi, danışıqda defekt kimi halları aşkar etməli, arterial təzyiqi yoxlamalıdırlar. Həkimlər 7-8-ci siniflərdən başlayaraq uşaqlarda zərərli adətlərin olub-olmaması hallarını müəyyən etməli, cinsi inkişafa nəzarət etməlidirlər. Dispanserizasiya planına uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunur.
Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin icrasının monitorinqi Səhiyyə Nazirliyi tərəfindən aparılır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs