Əlaqə Arxiv
news Image
2014.05.01
13:41
| A A A
Nazir iki direktoru işdən qovdu

Təhsil Nazirliyi tərəfindən orta məktəblərin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb. Movqe.az xəbər verir ki, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib ki, aparılan araşdırma nəticəsində məlum olub ki, Siyəzən rayon Təhsil Şöbəsinin müdirinə, şöbənin böyük məsləhətçisi və metodistinə töhmət verilib. Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktor müavinin şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktoru ciddi nöqsana yol verib. Belə ki, IX və XI sinif şagirdlərinin davamiyyəti aşağı olsa da, bu barədə jurnalda qeydiyyat aparılmayıb. İşçilərə qeyri-qanuni əməkhaqqı hesablandığına və digər bu kimi nöqsanlara yol verdiyinə görə məktəbin direktoru vəzifəsindən azad edilib. Laçın rayon Ağgöl kənd orta məktəbində aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərində ciddi səhvlərə yol verib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru vəzifəsindən azad edilib. C. Valehov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərini bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.


Sizin Reklam Yeriniz