Dörd fəndən "2"i olanlar sinifdə qalacaq
Yeni qaydalara əsasən, Azərbaycanda dörd və daha
artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs
məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və
X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Movqe.az xəbər
verir ki,bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun
müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında
bildirib. Qeyd edək ki, təhsil naziri
Mikayıl Cabbarov Azərbaycanda "Təhsil müəssisələrində şagirdlərin
sinifdən sinfə keçirilməsi haqqında" Müvəqqəti Qaydaları təsdiq
edən əmr imzalayıb.C.Valehovun sözlərinə
görə, yeni qaydalara əsasən bir və üç fəndən illik "kafi" qiymət
alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay
tapşırıqları verilir: "Həmin yeniyetmə yay müddətində hazırlaşaraq
avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə
imtahan verdiyi halda, o, sinifdə saxlanılmayıb növbəti tədris
pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığından
yenidən "qeyri-kafi" qiymət alırsa, o zaman həmin gənc təkrar
sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə
saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud
məktəbdən yayınma halı hesab edilir".
O bildirib ki, yeni qaydalara əsasən, əgər şagird ikinci yarımildə bu və digər fəndən "qeyri-kafi" qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. C.Valehov qeyd edib ki, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir.