news Image
2014.05.01
15:22
| A A A
Toksikoloqdan xəbərdarlıq: "Təcili ilan zəhərinə qarşı zərdab paylanılmalıdır"
Azər Maqsudov: "Mərkəzi Xəstəxanalar vaxtında bununla bağlı müraciət etməlidirlər ki, zərdab problemi yaranmasın"

"Havalar istiləşəndən 4 ilan sancma hadisəsi qeydə alınıb. Bu il ilanvurma hadisələrinin daha tez qeyəı alınması ilə bağlı deyilənlər doğru deyil. Çünki, ötən ilin aprel ayının 20-də də belə bir hadisəyə rast gəlinmişdi. Amma ilan sancmaların artıq baş verməsi zərdab məsələsini aktuallaşdırır. Bizim klinikaya kifayət qədər sayda zərdab ayrılıb. Amma rayon səhiyyə şöbələri də vaxtında zərdab üçün müraciət etməlidirlər ki, rayon Mərkəzi Xəstəxanalarına ilan zəhərinə qarşı zərdab verilsin. Və həmin zərdablardan kəndlərdə tibb məntəqələrinə paylanılsın". Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib. A. Maqsudov bildrib ki, ötən i baş verən 121 ilan sancma hadisəsi zamanı biri azyaşlı olmaqla iki nəfər həyatını itirib: "Yəqin xatırlayırsınız, rayonda ilan sancan uşaq vaxtında zərdab vurulmadığından dünyasını dəyişdi. Ona görə, kəndlərdə tibb məntəqələrinə vaxtında zərdab paylanılmalıdır. Mərkəzi Xəstəxanalar vaxtında bununla bağlı müraciət etməlidirlər ki, zərdab problemi yaranmasın".

A. Maqsudov ilan sancan şəxsə 2-3 saat ərzində zərdab vurulmalı olduğunu söyləyir. Onun sözlərinə görə, sancan ilan gürzədirsə zərdab daha tez vurulmalıdır ki, zəhər qana yayılmasın.

Qeyd edək ki,  bu gün saat 10:30 radələrində Bakının Xətai rayonu ərazisində görünməmiş hadisə baş verib.Neftçilər Xəstəxanası yaxınlığında orta yaşlı kişini zəhərli ilan sancıb. Hadisə küçədə baş verib. Nəticədə kişi ağır yaralanıb. Xəstəni təcili xəstəxanaya yerləşdiriblər. Hazırda ilan sancan kişiyə həkimlər yardım edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs