Əlaqə Arxiv
news Image
2014.05.01
18:21
| A A A
Azərbaycanda aktrisa doğuş zamanı həyatını və körpəsini itirdi

Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib.  Yevlax Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Pərvanə Qurbanova doğuş zamanı dünyasını dəyişib.  Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb. Xəstəxanadan bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə Movqe.az-a açıqlamasında hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktirisası olub.

Sizin Reklam Yeriniz