news Image
2014.05.02
11:42
| A A A
Ukrayna güc strukturları Donetsk vilayətinin Slavyansk şəhərində antiterror əməliyyatına başlayı
əhərdəki televiziya mərkəzi separatçılardan geri alınıb, Ukraynaya məxsus azı 1 helikopter vurulub

 Bu gün yerli vaxtla saat 04.30-da Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətinin Slavyansk şəhərində silahlı separatçılara və terrorçulara qarşı antiterror əməliyyatına başlayıblar.APA-nın Ukrayna və Rusiya saytlarına istinadən verdiyi məlumata görə, əməliyyat başladıqdan sonra şəhərdə həyəcan siqnalı verilib və kilsə zəngləri çalınıb.

 

Ukraynalı nüfuzlu hərbi ekspert, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Slavyansk şəhərinin böyük hissəsinin nəzarətə götürüldüyünü xəbər verib. O, Slavyansk ətrafında terrorçuların blok-postlarının təmizləndiyini və şəhərdəki televiziya mərkəzinin separatçılardan geri alındığını bildirib. D. Tımçuk separatçı və terrorçu dəstələrin əsas müqavimət ocaqlarının şəhərin cənub-şərq hissəsində olduğunu söyləyib. Hərbi ekspert əməliyyat zamanı Ukrayna güc strukturlarına məxsus Mi-24 helikopterinin vurulduğunu da açıqlayıb.  

 

Slavyanskda separatçılar tərəfindən "xalq meri" elan edilmiş Vyaçeslav Ponomaryov isə 2 helikopterin vurulduğunu, pilotlardan birinin öldüyünü deyib. Digər pilotun isə əsir götürüldüyü bildirilir. Yerli rəhbərlik döyüşlərin şəhərin mərkəzində getdiyini, 1 nəfərin öldüyünü və yaralıların olduğunu, Ukrayna tərəfinin helikopterlər vasitəsilə şəhərə desant endirdiyini açıqlayıb. Ağır texnika isə şəhərin ətrafındadır. Separatçı qüvvələrə məxsus 3 "BTR"in vurulduğu xəbər verilir.     

 

Bölgədən gələn son məlumatlara görə, hazırda atəş səngiyib. Yerli "özünümüdafiə qərargahı"ndan "İnterfaks"a bildiriblər ki, atəşin səngiməsi Ukrayna tərəfinin öz qüvvələrini yenidən qruplaşdırması ilə bağlı ola bilər. Slavyansk şəhərindəki silahlı dəstələrin lideri, "İqor Strelkov" adı ilə tanınan və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirilən İqor Girkin Ukrayna hərbçilərinin şəhəri tam mühasirəyə aldığını bildirib: "Bütün yollar bağlanıb, hər tərəfdə hərbi texnika və canlı qüvvə var. Havada 20-yə yaxın helikopter fəaliyyət göstərir. Düşmən şəhərin bütün giriş-çıxışlarını bağlayıb".   

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov Slavyansk şəhəri ətrafında separatçıların quraşdırdığı 9 blok-postun təmizləndiyini və şəhərin mühasirə həlqəsinə alındığını açıqlayıb. O, əməliyyatda DİN-in qüvvələrinin, Milli Qvardiyanın və Silahlı Qüvvələrin bölmələrinin iştirak etdiyini deyib. Separatçı qüvvələr avtomatlarla yanaşı, qumbaraatanlar, hətta "PZRK" (daşınan zenit-raket kompleksi) ilə silahlanıb. Nazir Slavyansk və Kramatorsk sakinlərini evlərindən bayıra çıxmamağa və pəncərələrə yaxınlaşmamağa çağırıb. A. Avakov əməliyyat zamanı 1 pilotin öldüyünü təsdiqləyib. 

 

Qeyd edək ki, Slavyansk şəhəri son həftələrdə Ukraynanın şərqində separatçı qüvvələrin əsas dayaq nöqtəsinə çevrilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs