news Image
2014.05.02
14:19
| A A A
Ali məktəblərə keçid balları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə keçid ballarını açıqlayıb. TQDK-nın mətbuat xidmətində Movqe.az-a verilən məlumata görə, 2014-2015-ci il tələbə qəbulu müsabiqəsində III qrup üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Məlumatda bildirilib ki, I, II, IV qruplar üzrə isə tələbə olmaq istəyən abituriyentlər 250-dən aşağı bal toplamamalıdırlar.Bundan başqa, bütün qruplar üzrə abituriyentlərin hər biri fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.TQDK-dan verilən məlumatda o da qeyd olunub ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs