news Image
2014.05.02
15:23
| A A A
Elmə məlum olmayan virus aşkarlandı

Qonşu Gürcüstanda indiyə qədər elmə məlum olmayan çiçək xəstəliyi virusu aşkarlanıb.

Milli.Az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu virusu amerikalı alimlər aşkarlayıblar. Artq üç nəfər həmin virusa yoluxub. 

Alimlər bu virusiu çiçək xəstəliyinin yaxın qohumu adlandırırlar. Bu xəstəliyə çobanlar yoluxub. İlkin olaraq onlara sibir xorası diaqnozu qoyulub. Sonradan laboratoriya analizləri həmin diaqnozu təsdiqləməyib. Bu xəstəliyin əvvəllər məlum olmadığı ortaya çıxıb. Bu virusa, hələ ki, konkret ad verilməyib.