Əlaqə Arxiv
news Image
2014.05.02
22:56
| A A A
Təqaüd almaq istəyən tələbələrin nəzərinə !
ARDNŞ imtahan keçirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-ci il mayın 4-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-in təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. 

Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1972 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da başlanır. İmtahanın idarə olunması üçün 12 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim ayrılıb. Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq.

Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. Çoxseçimli test tapşırıqlarında 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Açıq test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı "Cavab kartı"da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Sizin Reklam Yeriniz