Əlaqə Arxiv
news Image
2014.05.02
23:15
| A A A
Azərbaycan yanacaq və dizel ixracını kəskin azaldıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin aprel ayında 7 141 ton dizel yanacağı ixrac edib.


ARDNŞ-dən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 dəfə azdır.

 

Ötən ay ARDNŞ 524 ton təyyarə yanacağı göndərib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 49,5% azdır. Həmçinin aprel ayında 14 318 ton vakuum qazoylu ixrac edib.

 

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində 383 ton və ya 14,3 dəfə az avtomobil benzini, 250 104 ton və ya 28,6% az dizel yanacağı, 35 467 ton və ya 23,8% az təyyarə yanacağı və 48 766 ton vakuum qazoylu ixrac edilib.

 

Bu ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1008,13 ABŞ dolları, təyyarə yanacağının - 942,11 dollar, dizel yanacağının - 895,21 dollar təşkil edib.


Sizin Reklam Yeriniz