news Image
2014.05.03
12:02
| A A A
Sərnişin qatarı relsdən çıxdı
ABŞ-ın Nyu York şəhərində bədbəxt hadisə baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qatarın relsdən çıxması nəticəsində 4-ü ağır olmaqla 19 nəfər yaralanıb. Kuinsdən Bruklinə səfər edən qatar tuneldən keçərkən relsdən çıxaraq aşıb.

Min nəfərlik sərnişin qatarının səkkiz vaqonunda altısının aşdığı bildirilib. Qatarın yalnız birinci və son vaqonu relsdə qalıb. Qatarda bağlı vəziyyətdə qalan sərnişinlər xilasetmə dəstələrinin köməyi ilə bir saat ərzində xilas edilib. Yaralanan sərnişinlərdən bir qisiminə hadisə yerində müdaxilə edilsədə ağır yaralılardan 4-ü xəstəxanaya aparılıb.

Qəza səbəbinin hələ bilinmədiyini deyən səlahiyyətlilər ilk olaraq maşinistin spirt testindən keçiriləcəyini bildiriblər. Dünyanın ən böyük nəqliyyat sıxlığına sahib Nyu York metrosu gündəlik orta hesabla 8 min səfərlə 5,4 milyon sərnişinə xidmət edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs