news Image
2014.05.03
14:00
| A A A
Bakıda məktəbli oğlanın faciəsi
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Movqe.az xəbər verir ki , Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, yol qəzası aprelin 26-sı saat 19:45 radələrində Xətai rayonu M.Hadi küçəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Vahid Rəfiyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə 2000-ci il təvəllüdlü Fərrux Şahbazovu vurub. 14 yaşlı oğlan ağır xəsarətlə Neyrocərahiyyə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, mayın 2-i saat 21 radələrində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs