Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Elmar Məmmədyarov AŞ-da Azərbaycanın prioritetlərini təqdim edəcək
 
 
news Image
2014.05.03
15:08
| A A A
Elmar Məmmədyarov AŞ-da Azərbaycanın prioritetlərini təqdim edəcək
Avropa Şurasına üzv dövlətlərin xarici işlər nazirləri mayın 6-da Vyanada görüşəcək.

Movqe.az xəbər verir ki, görüş nazirlər komitəsinin sədri, Avstriya xarici işlər naziri Sebastyan Kurzun sədrliyi ilə keçiriləcək. Sessiyasının açılışında nazirlər tərəfindən gündəlikdə duran məsələlərin qəbul olunması nəzərdə tutulub.

İclasda Avropada AŞ-ın dəyərləri, qanunun aliliyi, demokratiya, insan hüquqları, Avropadakı indiki böhran, Avropa İnsan Hüquqları Konvensiyası sisteminin səmərəliyinin uzun müddətli təmin edilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq, Qonşu regionlarda Avropa Şurasının siyasəti kimi mövzuların müzakirə olunacaq.

Sessiyanın sonunda nazir Kurz son altı ay ərzində Avstriyanın sədrliyi ilə bağlı məlumat verəcək. Daha sonra isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın mayın 14-də başlayacaq Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini təqdim edəcək.