news Image
2014.05.03
17:05
| A A A
Sabah hava necə olacaq?
Sabah Azərbaycanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda isə sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs