news Image
2014.05.03
18:00
| A A A
Məşhur dizaynerləri həbs gözləyir
Ötən günlərdə İtaliyanın apelyasiya məhkəməsi vergi ödənilməsindən yayınmaqda təqsirləndirilən Domeniko Dolce və Stefano Qabbananın işi üzrə qərar çıxarıb.

Movqe.az xəbər verir ki, qərara əsasən dizayner duetini ilyarım həbs müddəti gözləyir. Məhkəmə işi ötən ilin yayında başlanıb. O zaman "Dolce və Gabbana", eləcə də onların mühasibi Lyuçiano Patelli 10 milyon avro məbləğində cərimə ödəməyə və bir il 8 aylıq həbsə məhkum edilmişdilər. Dizaynerlərdən əlavə, baş direktor Kristiana Ruellayla maliyyə direktoru Cuzeppe Minoni də bir il 4 ay həbsə və pul cəriməsi ödəməyə məhkum ediliblər.

Xatırladaq ki, Dolce və Gabbana 1 milyard dollar məbləğində qazancı rəsmi orqanlardan gizlədərək, vergini ödəməyiblər. Milan məhkəməsi isə həbsdən savayı, modelyerlərdən 10 milyon avro dəyərində kompensasiya da tələb edir. Məşhur D&G brendinin yaradıcıları birinci dəfə deyil ki, vergidən yayınmaqda günahlandırılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs