news Image
2014.05.03
19:00
| A A A
Bakıda “Kater və yaxtalar” sərgisi keçiriləcək
15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində Iteca Caspian və ITE Group PLC şirkətlərinin təşkilatçılığı ilə I Xəzər Beynəlxalq "Kater və yaxtalar" - CIBS 2014 sərgisi keçiriləcək.

Movqe.az xəbər verir ki, CIBS 2014 peşəkarlara, həvəskarlara və sərgi iştirakçılarına su-motor texnikası, eləcə də aktiv istirahət üçün məhsullar təqdim edəcək. Sərgidə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, Fransa, İsveç, İtaliya, Kanada, Niderland, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiya kimi ölkələrin təmsilçiləri iştirak edəcək. 40-dan çox şirkəti toplayacaq debüt sərgi növbəti yaxta mövsümünə hazırlaşmağa imkan verəcək. 

Cressi, Beuchat, Marintek, Mercury, Belassi və Polaris, Saray Deniz kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisi və tərəfdaşı olan AlfaMarine şirkəti öz stendində hidrosikllər, katerlər, xüsusi geyim və digər məhsulları sərgiləyəcək. Bundan əlavə, şirkətin stendində iştirakçılar hidrosikllərin və qayıqların test-drive-na yazıla biləcəklər. Test-drive Buzovna qəsəbəsində baş tutacaq.

Improtex Marine&Sport Facilities şirkətinin stendində isə məşhur yapon brendi Yamahanın məhsullarının geniş çeşidini görmək mümkün olacaq. 

Baku Marine Service stendinin qonaqları yelkənli dəniz gəmilərinin təmiri, hərbi-dəniz mühəndisliyi, inspeksiya fəaliyyəti ilə tanış ola biləcəklər. Beləliklə, CIBS sərgisi yaxta biznesinin liderləri ilə tanış olmaq üçün əla imkandır.









Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs