news Image
2014.05.04
14:04
| A A A
"Çempionat Braziliya xalqı üçün xeyir gətirməyəcək"
Braziliyanın Rio de Janeyro şəhərində iyun ayında keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar hökumətə qarşı növbəti dəfə etiraz aksiyası keçirilib. Movqe.az xəbər verir ki , fəallar bu dəfə Leme çimərliyində bir araya gəliblər. Aksiyaçılar topların üzərinə xaç işarəsi çəkərək onları sərgidə nümayiş olunan ayı strukturların üzərinə qoyublar. Fəallar bu cür böyük tədbirlərdən daha çox FİFA-nın və biznezmenlərin qazandığını bildiriblər.

"Bu futbol topları dünya kubokunu təmsil edir. Bu, çempionatın rəsmi topudur. Topun üzərindəki xaç isə çempionata yatırılan sərmayənin gərəksiz olduğunu bildirir. Çempionat Braziliya xalqı üçün xeyir gətirməyəcək". 

Hökumətə qarşı çıxanlar çempionata yatırılan pulların sosial xidmət sahələrinə yatırılmasını daha doğru hesab edirlər. Son bir neçə ayda etiraz aksiyaları zamanı törədilən zorakılıqlarda çoxlu sayda insan xəsarət alıb.

Çempionat ərəfəsində avtobusla gediş haqqının qaldırılması isə etirazçıların qəzəbinə səbəb olan digər bir faktdır.

Çempionat iyun ayının 12-sindən iyul ayının 13-ünə kimi davam edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs