Əlaqə Arxiv
news Image
2014.05.04
16:05
| A A A
Qarabağ həqiqətləri Polşa ictimaiyyətinə təqdim olundu
TURSAM Strateji Araşdırmalar Mərkəzi və DAK Polşa Nümayəndəliyi Lodz şəhərində Dağlıq Qarabağla bağlı tədbir keçirib. Movqe.az xəbər verir ki, Polşanın Lodz şəhərində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.Tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, Polşa universitetlərindən gəlmiş müəllim və professor heyəti, mətbuat işçiləri və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd Azərbaycanın tarixi, mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra Xocalı soyqırımı və Ağdaban faciəsini əks etdirən foto sərgi nümayiş etdirilib. Polşadakı Azərbaycan diasporunun fəallarından olan Rəşid Rəhimli tədbir iştirakçılarına Azərbaycan-Polşa münasibətləri barədə məlumat verib, Polşada təhsil alan azərbaycanlı gənclərin fəaliyyəti barədə danışıb.

Tədbirdə iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Polşa ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımı və Ağdaban faciəsi barədə geniş məlumat verib və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə sərgilənən fotolar polşalı gənclərin marağına səbəb olub və Xocalı soyqırımının bütün insanlığa qarşı yönəldiyini bildiriblər.
Sizin Reklam Yeriniz