Əlaqə Arxiv
news Image
2014.05.04
17:49
| A A A
Çində körpü uçdu: ölənlər var
Çinin cənubunda inşa edilməkdə olan daş körpünün uçması nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər də xəsarət alıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Quandun əyalətinin Maomin şəhərində baş verib.


Körpünün uçmasına inşaat yerindəki maye qaz çəninin partlamasının səbəb olduğu bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən briqada cəlb edilib.

Çin televiziyasının rəsmilərə istinadən verdiyi məlumata görə, uçmuş körpünü inşa edən qurumun həmin inşaat işlərini aparmaq üçün lisenziyası olmayıb.

Sizin Reklam Yeriniz