Əlaqə Arxiv
news Image
2014.05.04
20:00
| A A A
Azərbaycan xüsusi təyinatlı qüvvələrin sərgisində iştirak edəcək
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri mayın 6-dan 8-dək İordaniyada ənənəvi olaraq təşkil edilən X xüsusi təyinatlı qüvvələrin sərgisində (SOFEX-2014) iştirak edəcəklər.

Movqe.az xəbər verir ki , İordaniya Kralı II Abdullahın himayəsi altında hər iki ildən bir təşkil olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, aidiyyəti strukturların və özəl şirkətlərin nümayəndələri iştirak edir.

Sərgidə müasir rabitə və nəqliyyat vasitələri, yerüstü naviqasiya sistemləri, antiterror əməliyyatları üçün, hərbi-səhra tibb və digər xüsusi təyinatlı avadanlıq və texnika nümayiş olunacaqdır.
"SOFEX-2014"də 33 ölkədən 350 şirkətin iştirakı gözlənilir.
Sizin Reklam Yeriniz