Torpaq sürüşməsindən sağ çıxan olmadı
Əfqanıstanda faciəvi torpaq sürüşməsindən sonra sağ qalanların
qurtuluşuna dair ümidlər azalıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Bədəxşan vilayətində axtarış əməliyyatları nəticəsində cəmi iki cəsədin tapılmasına nail olunub. Yüzlərlə insan tonlarla palçıq və daş altında qalıb.
Cümə günü baş verən təbii fəlakət 4 min insanı didərgin salıb. Ölənlərin sayının 2700 nəfərə qədər olacağı təxmin edilir. Çoxsaylı insan itkindir.
ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Ban Gi Mun fəlakət qurbanlarının ailələrinə başsağlığı və yardımlara söz verib.