news Image
2014.05.05
09:58
| A A A
Bulvarda intihar etmək istəyən qadın xilas edilib

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:00-da başa çatıb.  Özünü dənizə atan qadının şəxsiyyəti məlum olub. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xilasedicilər tərəfindən sudan çıxarıldıqdan sonra xəstəxanaya gətirilən qadın, 1980-ci il təvəllüdlü Quliyeva Solmaz Elçin qızıdır. O, Bakı şəhər Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır.


Xəstəxanaya yerləşdirilən qadını dindirmək hələlik mümkün deyil. Onun ailədaxili münaqişə zəminində intihara cəhd etdiyi bildirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs