news Image
2014.05.05
10:49
| A A A
Bakıda sərnişin avtobusu qəza törətdi: 6 yaralı
Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası "Koroğlu" metro stansiyasının yaxınlığında qeydə alınıb.
"Nissan" markalı avtomobillə 160 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlər 1977-ci il təvəllüdlü Mehmet Yusif, 1947-ci il təvəllüdlü Mustafa Ramazanov, 1973-cü il təvəllüdlü Engin Şenor, 1990-cı il təvəllüdlü Vüqar Məhərrəmov, 1991-ci il təvəllüdlü Firuz Bayramov, 1992-ci il təvəllüdlü Mirzə Rzayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs