Əlaqə Arxiv
news Image
2014.05.05
11:58
| A A A
Magistraturaya sənəd verənlərə son şans!

Bu gün magistraturaya səviyyəsinə ərizə qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bakalavrlar 2014-cü il mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Proqram seçib təsdiq etmiş bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. 2014-cü ildə "Jurnalistika" ixtisasını seçmək istəyənlər üçün Qabiliyyət imtahanı keçirilib və 25 bakalavr həmin imtahandan "məqbul" alıb. 44 saylı proqramı yalnız həmin bakalavrlar seçə bilərlər. 
27 saylı proqram üzrə ADPU-nun "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasına müsabiqədə yalnız Təhsil ixtisasları qrupunu bitirən bakalavrlar iştirak edə bilərlər.

Sizin Reklam Yeriniz