Əlaqə Arxiv
news Image
2014.05.05
14:59
| A A A
Nazirlik təcili işçi axtarır
"Vergilər Nazirliyində bəzi yerlərə vakansiya yaranması və kəskin işçi gücünə ehtiyac olması səbəbindən işə qəbulun vaxtı əvvələ çəkilib".
Movqe.az-ın məlumatına görə, bu barədə vergilər nazirliyinin insan resursları idarəsinin rəisi Faiq Şahbazov deyib. Bu gün keçirilən brifinqdə açıqlama verən idarə rəisi qeyd edib ki, vakansiya üçün 19 yer müəyyən edilib:
"Bu, nazirliyin keçirdiyi 9-cu işə qəbul prosesidir. Buna qədər keçirilən 8 qəbulda müraciət edənlərin sayı 9261 nəfərdir. Bunlardan isə 997 nəfəri müsabiqə və müsahibə mərhələsindən keçərək Vergilər Nazirliyində müvafiq işlə təmin olunub. 69 nəfər isə kadr ehtiyatında saxlanılıb. Biz bu qəbulu payız aylarına nəzərdə tutmuşduq. Ancaq bəzi yerlərə vakansiya yaranması və kəskin işçi gücünə ehtiyac olması səbəbindən qəbulu bir az əvvələ çəkdik. Vakansiya üçün 19 yer müəyyən edilib. Bu sayın dəyişməsi də istisna deyil".
İdarə rəisi həmçinin qeyd edib ki, imtahanın ilk mərhələsi iyun ayının 3-də keçiriləcək: "Artıq bu gündən sənəd qəbulu başlayır. Sənəd qəbulu elektron formada qəbul edilir. İstənilən adam internet vasitəsi ilə müraciət edərək sənədlərini bizə təqdim edə bilər. İki iş günü ərzində isə onların sənədlərinin qəbul olunub-olunmaması haqqında müvafiq bildiriş veriləcək. İmtahanların keçirilməsinə bir gün qalmış Nazirliyin müvafiq binasına yaxınlaşaraq buraxılış vəsiqəsi almaq mümkündür. Hazırki müddətədək artıq 25 nəfər sənəd qəbulu üçün müraciət edib".

İdarə rəisi qeyd edib ki, əsas vakant yerlər rayonlarda yaranıb.
Sizin Reklam Yeriniz