Əlaqə Arxiv
news Image
2014.05.05
17:45
| A A A
20 dərslik komplekti yararsız elan olundu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, TQDK tərəfindən bu müddət ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi aparılıb. Bunlardan yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 35 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib. Nəticədə müvafiq fənlər üzrə ekspert qrupları tərəfindən formalaşdırılmış yekun rəylər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birgə layihəsi olan "Dərslik portalı"nda (derslik.edu.az) yerləşdirilib və nazirliyə göndərilib. "Dərslik portalı"na hər bir istifadəçi daxil olaraq rəylərlə tanış ola, dərsliklər haqqında öz qeyd və təkliflərini qeydiyyatdan keçərək bildirə və müzakirələrdə iştirak edə bilər. Məlumatda bildirilib ki, TQDK-da hazırda Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrəqədərki maketlərinin monitorinqi aparılır. Bütün fənlər üzrə ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Monitorinq nəticəsində formalaşdırılacaq yeni rəylər yaxın vaxtlarda Təhsil Nazirliyinə təqdim ediləcək.Hazırda, həmçinin, qüvvədə olan tədris və yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərsliklərə uyğun TQDK-da hazırlanmış "siniflər üzrə test kitabçaları" və "dərs vəsaitləri"nin də elmi-metodiki monitorinqi həyata keçirilir.


Sizin Reklam Yeriniz