news Image
2014.05.05
17:33
| A A A
4 gün bağlı olacaq yolların SİYAHISI

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. NİİM-nin saytında bildirilir ki, may ayının 7-də saat 09.00-dan mayın 11-i saat 11.00 qədər Bakıda keçiriləcək "Tour dAzerbaidjan" beynəlxalq velosiped turunda iştirak edən velosipedçilərin və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə Neftçilər, Nobel, Heydər Əliyev, Bülbül, Parlament prospektlərində, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Puşkin, Landau, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, eləcə də Dövlət Bayrağı Meydanından Dairəvi yol və Nobel prospekti – Zığ şosesi istiqamətlərində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.