Əlaqə Arxiv
news Image
2014.05.05
18:42
| A A A
“İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi Tarixi Muzeyinə verilib

Prezidenti İlham Əliyevin tapşırığı ilə xarici ölkədən əldə edilən 1918-ci il "İstiqlal Bəyannaməsi"nin orijinal nüsxəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib. Movqe.az-ın xəbərə görə, sənəd Prezident Administrasiyasının rəhbərinin müavini, prezidentin köməkçisi Əli Əsədov tərəfindən muzeyə təqdim olunub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı dövlət başçısına kollektiv adından təşəkkürünü bildirib, sənədin Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edək ki, sənəd 1918-ci ildə Paris sülh konfransına yola düşən nümayəndə heyətinin Parisə apardığı "Bəyannamə"nin orijinal nüsxələrindən biridir.

Sizin Reklam Yeriniz