Əlaqə Arxiv
news Image
2014.05.05
22:12
| A A A
Bakıda avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır

Bakıda dayanma, durma və parklanmanın qadağan olduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin mərkəzi küçələrində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam etdirilir: "Artıq dayanma, durma və parklanmanın qadağan olduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyini bildirən 20-yə yaxın yeni xəbərdaredici yol nişanları quraşdırılıb. Hazırda yol nişanlarının quraşdırılması işi davam etdirilir".

V.Əsədov qeyd edib ki, bundan sonra sürücü avtomobilinin hara evakuasiya edildiyini də öyrənə biləcək: "Belə ki, avtomobillərin hansı istiqamətdə aparılmasını və harada yerləşdirilməsini bildirmək üçün xəbərdaredici yol nişanlarının altında lazımi telefon nömrələrini göstərən bildirişlər də yer alıb".

Sizin Reklam Yeriniz