Əlaqə Arxiv
news Image
2014.05.06
12:34
| A A A
Bakı Metrosunda həyəcan
Bu gün səhər saatlarında Bakı Metropolitenində sərnişinlər problemlə qarşılaşıb Bu gün səhər saatlarında Bakı Metropolitenində sərnişinlər problemlə qarşılaşıb. 

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə saat 08:30-da metronun "Elmlər Akademiyası" stansiyasında baş verib.

Belə ki, stansiyada sərnişinlərin sıxlığına baxmayaraq, stansiyanın 3 eskalatorundan yalnız biri çölə işləyib. Digər iki eskalator isə metroya girən sərnişinlər üçün açıq olub. Baxmayaraq ki, səhər saatlarında "Elmlər Akademiyası" stansiyasına gedən sərnişinlər az, stansiyadan çıxan sərnişinlər çox idi.

Bunun səbəbini metro işçisindən soruşduqda isə onlar sərnişinlərə çox kobud şəkildə cavab verdilər. Sonradan sərnişinlərin stansiyanı tam tutması və çoxsaylı etirazlardan sonra eskalatorlardan ikisi çölə çıxan sərnişinlərə xidmət göstərməyə başladı.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, həqiqətən də, səhər saat 08:35 radələrində stansiyanın eskalatorunda texniki nasazlıq yaranıb. Sonradan isə problem aradan qaldırılıb.

"Eskalatorun birində texniki nasazlıq yaranmışdı. 6 dəqiqə ərzində problem aradan qalxdı. Sonradan eskalatorun yoxlanma prosesi gedib deyə, hər iki eskalator aşağı doğru hərəkət edib. Sonradan problem həll olunub və sərnişinlər normal hərəkət edib", - deyə metropolitendən bildirilib.



Sizin Reklam Yeriniz