Əlaqə Arxiv
news Image
2014.05.06
14:08
| A A A
İşsizlik sığortalana bilər
"Yaxın vaxtlarda bu layihə hökumətə təqdim olunacaq" Azərbaycanda işsizliyin ayrıca sığortalanması təklif olunub. ANS PRESS-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda beynəlxalq təcrübəni nəzərə alaraq yeni təklif üzərində iş aparılır:

"Azərbaycanda işsizliyin sığortası ayrıca aparılmır. Buna ayrıca vəsaitin ayrılmaması o deməkdir ki, həm passiv, həm də aktiv məşğulluq tədbirlərini məhdudlaşdırırıq. Biz hazırda beynəlxalq təcrübəni nəzərə alaraq bu təklif üzərində çalışırıq. Yaxın vaxtlarda bu layihə hökumətə təqdim olunacaq. Layihədə sosial ödəmələrdə işsizliyin sığortalanmasının ayrıca aparılması təklif olunur. Buradan gələn vəsait isə həm passiv, həm də aktiv məşğulluq tədbirlərinin çeşidini və həcmini artıracaq. Bu imkan verəcək ki, məlumat bazası genişlənsin və məşğulluq xidmətinin elektron sistemi təkminləşsin".

Nazir müavini qeyd edib ki, bu yenilik işsiz vətəndaşlara yüksək imkanlar verəcək: "İşsizliyin sığortası o dəməkdir ki, hər bir işləyən vətəndaş ödədiyi sosial ödəmələrin miqdarında sığorta olunur. Həmin şəxs işsiz olarkən dövlət ona həm daha yüksək işsizlik müavinəti verə biləcək, həm də çox sayda aktiv məşğulluq tədbirləri təklif edə biləcək. Bu, peşəyönümlü kurs ola bilər, özünədəstək kursları ola bilər". 


Sizin Reklam Yeriniz