news Image
2014.05.06
17:59
| A A A
Millət vəkili: "Azərbaycanda kişi sonsuzluğunun artmasında stress əsas rol oynayır"

"Azərbaycanda sonsuzluğun statistikasının böyüməsində ekologiya, qidalanma və sair faktorlar var. Genetik modifikasiyaya uğramış məhsulların istifadəsi də sonsuzluq yaradır. Bu gün sonsuzluq təkcə Azərbaycanda deyil,inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hamısında problem hesab olunur. Azərbaycanda da əvvəlki illərlə müqayisədə sonsuzluqdan əziyyət çəkənlərin sayının artması bu səbəblərlə bağlıdır. Bəzən kiçik yaşlarda keçirilən xəstəliklər də sonsuzluq fəsadı kimi gələcəkdə üzə çıxır". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, kişi sonsuzluğunun artmasında isə, stress mühim faktor kimi çıxış edir. Millət vəkili Azərbaycanda bu statistikanın daha da böyüməməsi üçün həm, ekoloji, həmçinin də qida təhlükəsizliyi ilə bağlı çoxsaylı tədbirlərin görüldüyünü söyləyib. Onun sözlərinə görə, tibbi sahədə isə əhalinin icbari dispanserizasiyasının aparılması gələcəkdə bu sonsuzluq problemləri ilə üzləşənlərin sayının azalmasına xidmət edir. "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin qəbulu isə sosuzuqla bağlı statistikanı daha da aşağı salacaq".


Xatırladaq ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdi ki, Bu gün nikaha girənlərin 9-11 faizinin uşağı olmur:" Yəni təxminən nikaha girənlərin 9 mininin uşağı olmur. Bu, çox ciddi məsələdir. Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr buna gedə bilmirlər. Düşünürük ki, belə bir dəstək olsun. "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində 10 ildən çox uşağı olmayan ailələrə süni mayalanmanın tətbiq edilməsi nəzərdə tutulur. Qanun layihəsində, həmçinin aborta getməmək kimi məsələlər var. Qanun layihəsində süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olsa da, bununla bağlı hələ heç bir nəticəyə gəlinməyib".

Qeyd edək ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsində "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi olub. Bu qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.