news Image
2014.05.06
18:45
| A A A
Lənkəranda 17 yaşlı oğlan dənizdə boğularaq ölüb

Lənkəran rayonunun Liman şəhərində dənizdə boğulma faktı qeydə alınıb.


APA-nın cənub bürosunun xəbərinə görə, Liman şəhər sakini, 1997-ci il təvəllüdlü Nihad Rasim oğlu Ağazadə Xəzərdə çimərkən boğulub. Onun meyiti dalğıc-xilasedicilər tərəfindən dənizdən çıxarılıb.

 

Hadisə yerinə rayon Prokurorluğununun əməkdaşları gəlib. Faktla bağlı araşdırmalara başlanıb.