news Image
2014.05.07
11:08
| A A A
Azneft dairəsindən Ələt-Astara yoluna birbaşa tunelin çəkilməsi təklif edilib

Bakıda nəqliyyatın dayanıqlı hərəkətinin yaradılması, yollardakı sıxlığın aradan qaldırılması, sürətin artırılması, eyni zamanda təhlükəsizliyin təmin olunması, yol nəqliyyat hadisələrinin sayını azaldılması istiqamətində yeni təklif irəli sürülür.


Belə ki, hərəkət zamanı daha az vaxt sərf edilməsi məqsədilə Bakıda bir neçə tunelin qazılması təklif edilir. Bu haqda "APA-Economics"ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-də sədr müavini Vaqif Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Neftçilər prospekti Azneft dairəsindən 5 km uzunluğunda tunel vasitəsi ilə Astara yoluna birbaşa çıxmaq təklif olunur.

 

"Bu təklif Nəqliyyat Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Hökumət də öz növbəsində bununla bağlı məsləhətləşmələr aparır. Ümumiyyətlə, yol həm ağır, həm də bahalı işdir. Ona görə də hər bir xırda detal da diqqətlə nəzərdən keçməlidir", - deyə V. Hacıyev qeyd edib.  

 

Qurum rəsmi əlavə edib ki, qeyd edilən istiqamətdə başqa bir variant isə "Beşmərtəbə" adlanan ərazidən tunellə gedərək, 7 km-dən sonra məqsədə çatmaq əks olunub: "Burada əyri yollar, döngələr olmayacaq, düz yolla 3 dəqiqədən sonra o, yola çıxmaq mümkün olacaq. Bütün bu məsələlər yüksək səviyyədə müzakirələr, qiymətləndirmələr aparıldıqdan sonra icra olunur. Bu bir günün işi deyil və ya kiminsə xətri ilə icra olunmur. Hökumət bunu "cibinə" baxıb həyata keçirir. Bu işin reallaşmasına güclü vəsait tələb olunur".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs