Əlaqə Arxiv
news Image
2014.05.07
12:30
| A A A
Şuşanın son görüntüləri
ANS PRESS erməni mətbuatından şəkilləri təqdim edir Düz 22 il bundan əvvəl Şuşa erməni işğalı ərəfəsindəydi. Ermənilər general-mayor Arkadi Ter-Tadevosyanın rəhbərliyi ilə Şuşaya hücuma hazırlaşırdılar. "Meşə tülküsü" adlandırılan erməni komandanın başçılığı altında böyük qüvvə ilə hücuma keçən ermənilər Şuşanı ələ keçirdilər. 

Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. 

Artıq 22 ildir ki, Şuşa və digər işğal olunmuş şəhər-rayonlarımıza foto və videolardan baxırıq. Bir ümidlə... Biz oralara mütləq qayıdacağıq. Movqe.Az ANS PRESS-ə istinadən sizə Erməni mətbuatında yayılan Şuşanın son şəkillərini təqdim edir. Azərbaycanlılarsız Şuşanın...











Sizin Reklam Yeriniz