news Image
2014.05.07
11:31
| A A A
Bu yay metroda "bişəcəyik"
“Bakı Metropoliteni” məsələyə aydınlıq gətirdi Bu yay Bakı metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb. 

Bunu ANS PRESS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O, bildirib ki, Bakı Metropolitenində qatarların vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması baha başa gəldiyi üçün bundan vaz keçilib. 

"Ona görə də kondisionerlərin quraşdırılması real görünmür. Lakin istər qatarlarda, istərsə də platformalarda havalandırma sistemi işləyir. Qatar tuneldə qalarsa, havalandırma sistemi yenə də işlək vəziyyətdə olur", - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, son günlər Bakı metrosunda qatarların nasazlıq səbəbindən tuneldə qalması halları tez-tez baş verir. Bu zaman qatarda sıxlıq olduğundan sərnişinlər arasında diskomfort hissi yaranır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs