Əlaqə Arxiv
news Image
2014.05.07
13:04
| A A A
İmtahanına yazılış başladı

Bu gündən Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış başlayıb.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, iyun ayının 1-də keçiriləcək sonuncu sınaq imtahanına yazılış bu gün saat 10:00-dan etibarən aparılır. Abituriyentlər sınağa yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilər. Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddət ərzində ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq. İyunun 1-də keçiriləcək imtahan isə sonuncu sınaq imtahanıdır.

Sizin Reklam Yeriniz