news Image
2014.05.07
13:27
| A A A
Azərbaycanda sənədlərin imzalanmasında yenilik

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron sənədlərin onlayn imzalanması üçün proqram məhsulu təqdim edir.Movqe.az-ın məlumatına görə, bu barədə çərşənbə günü MHM-in yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud "E-imzalayıcı" proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edirdi. Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud "E-imzalayıcı" proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlamışlar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərində tətbiqi mümkündür.Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiqi sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, "E-hökumət" portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

Proqram Azərbaycan, rus və ingilis dillərindədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs