Əlaqə Arxiv
news Image
2014.05.07
15:40
| A A A
Binəqədi güllər içində
Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə gül bayramı keçirilib

Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gül bayramı keçirilibr. May ayının 6-da rayonun Heydər Əliyev adına istirahət parkında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bayram tədbirində təbii güllər və çiçəklərdən hazırlanmış, ölkənin və rayonun sosial-iqtisadi inkişafını simvolizə edən kompozisiyalar nümayiş etdirilmişdir. İqtisadiyyat, gənclər, idman, turizm, təhsil, ordu, səhiyyə, mədəniyyət, neft sənayesi kimi ölkə həyatının müxtəlif sahələrini əks etdirən, eləcə də Azərbaycan diasporasını və əzəli yurd yerimiz olan Qarabağı, Şuşa qalasını təcəssüm etdirən tər çiçəklərdən quraşdırılmış kompozisiyalar öz orijinallığı ilə seçilirdi. Bu kompozisiyaların hazırlanmasında 100 mindən çox təbii gül və çiçəkdən istifadə olunub.Rayon rəhbərliyi və qonaqlar xüsusi zövqlə hazırlanmış Xalça muzeyi, Bakı Aeroportu, neft buruqlarını əks etdirən kompozisiyaların önündən keçərkən Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarının səsləndirilməsi bayram tədbirinə əlavə rəng qatmışdır. Ümummilli Lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən olub. Rayonun bütün orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış güllərlə bəzədilmiş stendlər də bayram şənliyinin gedişində nümayiş etdirilib. Həmçinin, tədbir zamanı bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb olmuşdur. Qarabağa həsr olunmuş kompozisiyanın önündə məktəblilərin ifasında səsələnən vətən həsrəti və yurd yanğısını tərənnüm edən "Xarı bülbül" mahnısı qonaqlar tərəfindən maraqla qarşılanıb. Həmçinin, Qarabağdan gətirilmiş xarı bülbül gülü də qonaqlara təqdim edilib. Bayram tədbirində təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırırdı. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaradıb. Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra Ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunan konsert proqramına tamaşa ediblər. Parkın mərkəzində qurulan səhnədə respublikanın tanınmış incəsənət ustalarının ifasında Azərbaycana və Ulu öndərə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirilmişdir. Əsl bayram əhval-ruhiyyəsinin hiss olunduğu tədbirin sonunda səmaya 5 min şar buraxılıb. Axşam Heydər Əliyev adına istirahət parkında reallaşdırılan konsertdə xaricdən dəvət olunmuş incəsənət ustaları-neonlu davul çalanlar-qeyri-adi konsert proqramı ilə çıxış ediblər. Geniş rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konsert proqramının gedişində "91" adlı fləşmob keçirilib. Fləşmobda rayon sakinləri tərəfindən Ulu Öndərin anadan olmasının 91 illiyi münasibətilə 91 ədəd uçan fənər havaya buraxılıb. Sonda Müslüm Maqomayevin Azərbaycan kompozisiyasının sədaları altında qeyri-adi atəşfəşanlıq nümayiş etdirilib.



















Sizin Reklam Yeriniz