Əlaqə Arxiv
news Image
2014.05.07
18:03
| A A A
DSX-də konfrans keçirilib
Heydər Əliyevin ildönümünə həsr olunmuş tədbirlər olub Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. DSX-dən Movqe.az-a verilən məlumata görə, konfrans çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadənin "Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur", Musa Qasımlının "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərovun "Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir" mövzularında məruzələri dinlənilib.

Çıxışlarda Dahi Öndər Heydər Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiy­yə­ti­ni və imkanlarını nümayiş etdirməsini, Dövlət Sərhəd Xidmətinin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi for­ma­laşdırması,dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunub.

Konfrans iştirakçıları tərəfindən son illər ərzində Azərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji, iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi siyasətin real nəticəsi olması xüsusi vurğulanıb.

Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində Dahi Öndərin uca xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, disputlar keçirilmiş, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilmiş, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunub.
Sizin Reklam Yeriniz