Əlaqə Arxiv
news Image
2014.05.07
19:15
| A A A
Əli Həsənov: “Hazırkı şərait Azərbaycanda “Diffamasiya haqqında” yeni qanun layihəsinin qəbul olunmasını gündəmə gətirib”

"Hazırkı şərait Azərbaycanda "Diffamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılmasını və təhlükəsizliyinin dolğun təmin olunmasını gündəmə gətirib".


APA-nın məlumatına görə, bu, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.

 

 

Ə. Həsənov bildirib ki, 2009-cu ildən bəri jurnalistlərin böhtan və təhqir maddəsi, ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbs edilməsi faktı qeydə alınmayıb: "Ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmiş demokratik dövlətlərin bu sahədə təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir".

 

Ə. Həsənov qeyd edib ki, müasir informasiya cəmiyyətinin yaradılmasına, söz və mətbuat azadlığının təminatına, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və milli informasiya təhlükəsizliyi sahəsində görülən işlərin ciddiliyinə baxmayaraq, Azərbaycan bir çox göstəricilərinə görə hələ də ümumdünya səviyyəsindən geri qalır: "Ona görə də ölkədə rabitə və informasiya texnologiyalarının, eyni zamanda "İKT-nin inkişafı üzrə Milli Strategiya"nın qarşısında dayanan vəzifələrin tam yerinə yetirilməsi tələb olunur".

 

Sizin Reklam Yeriniz