Əlaqə Arxiv
news Image
2014.05.07
19:14
| A A A
Uşaqlar arasında təhlükəli xəstəlik
Uşaqlar arasında əvvəllər nadir hallarda rast gəlinən qan təyziqi xəstəliyi son vaxtlar tez-tez müşahidə olunur. Əsasən böyüklərdə rast gəlinən bu xəstəliyin azyaşlı uşaqlarda da müşahidə olunması narahatçılıq doğurduğundan, Movqe.az uşaqların da qan təyziqindən əziyyət çəkməsinə ölkənin baş pediatrının münasibətini öyrənib. Nəsib Quliyev Movqe.az-a açıqlamasında bildirib ki, təyziqin yüksəlməsi anormal hal sayıldığından bu uşaqlarda da müşahidə olunduqda normal hal kimi qəbul olunmur: "Bu ürək-qan-damar xəstəliyi hesab olunur. Uşaqlarda qan təyziqinin yaranması hipertomiya sayıldığından, ürək-qan-damar sistemində yarananan problemlərdən dolayı üzə çıxır. Belə uşaqlar Azərbaycanda Uşaq Kardioloji Mərkəzində müalicə olunurlar".

N. Quliyev hər yaş qrupu üzrə müvafiq təyziq normasının olduğunu, yüksək təyziqin qan-damar xəstəliyinin  göstəricisi kimi qəbul olunduğunu bildirdi: "Bu xəstəliyin müalicəsi var. Əsas odur ki, uşaqlarda yüksək təyziqə səbəb olan problemi aradan qaldırmaq üçün müalicəyə başlanılmalıdır ki, fəsad ciddiləşməsin".  

Sizin Reklam Yeriniz