Əlaqə Arxiv
news Image
2014.05.08
15:16
| A A A
TQDK-dan bütün rayonlarda şöbələrinin yaradılması xəbərinə cavab gəldi
Elnur Nağızadə: "Bu barədə bizdə məlumat yoxdur" Azərbaycanın şəhər və rayonunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bölgə şöbələri yaradılacaq. Bu barədə müxtəlif media orqanlarında məlumat yayılıb.  Məlumatlara görə, bütün rayonlarda Təhsil Nazirliyinin olduğu kimi, TQDK-nın da şöbələri yaradılacaq. Movqe.az yayılan xəbərə aydınlıq gətirmək məqsədilə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a açıqlamasında bildirib ki,hələki belə bir xəbər yoxdur: Bu barədə bizdə məlumat yoxdur. Yəni, yaxın gələcəkdə TQDK-nın bütün rayonlarda şöbələrinin yaradılması məsələsi gündəmdə deyil. Hazırda TQDK-nın  8 şəhərdə regional bölməsi var".     
Sizin Reklam Yeriniz