Əlaqə Arxiv
news Image
2014.05.08
16:44
| A A A
ABŞ Dövlət Departamenti: Ceyms Uorlik hamıya yaxşı məlum olan prinsipləri və Amerikanın mövqeyini ifadə edib

"Siz bilirsiniz ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir.


Dünən amerikalı həmsədr Ceyms Uorlik Karnegi Fondunda nitq söylədi və Amerikanın mövqeyini və hamıya yaxşı məlum olan, münaqişənin sülh yolu ilə həllinə təməl təşkil edəcək prinsipləri ifadə etdi". APA-nın xəbərinə görə, bu sözləri keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki deyib. O bildirib ki, hansısa yeni bir şey söyləmək planlaşdırılmayıb, ABŞ özünün çoxdankı mövqeyini və həll prosesinə sadiqliyini bir daha ifadə edib.

 

Ukraynadakı hadisələrlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların intensivləşməsi arasında əlaqə olub-olmadığını şərh edən rəsmi nümayəndə qeyd edib ki, hər hansı əlaqə görmür: "Aydındır ki, biz ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bağlılığımızı saxlayırıq və həmsədr olaraq qalırıq. Siz bizim Ukraynada problemin həllinə dair səylərimizi bilirsiniz. Mən bu iki hal arasında əlaqə görmürəm".  

Sizin Reklam Yeriniz