news Image
2014.05.08
19:04
| A A A
İntihar mesajını sosial şəbəkələrdə verənlər...
Dəyanət Rzayev: "Sosial şəbəkə istifadəçilərinin sayının çox olduğundan, bu məkanda ölümdən əvvəl məşhur olmaq üçün intihar mesajı verənlər də olur”

Bir vaxtlar intihar səbəbini kağıza yazaraq evdəkilərə "ölüm məktubu" buraxanlar zaman keçdikcə, intihar edəcəkləri barədə son sözlərini sosial şəbəkələrdə söyləməyə üstünlük verirlər. Buna misal kimi, bir müddət əvvəl Bakıdakı İslam Səfərli küçəsi, mənzil 59 ünvanında yaşayan 20 yaşlı İsa Şahmarlının özünü asaraq intihar etməsi xəbərini xatırlada bilərik. Qeyd edək ki, hadisədən öncə özünü sosial şəbəkələrdə Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) adlı təşkilatın sədri kimi təqdim edən İsa Şahmarlı homoseksual idi. O, intihar etməzdən əvvəl "Facebook" sosial şəbəkəsindəki səhifəsində belə bir status yazmışdı: "Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli 59. Qapını açıq qoyuram. Anama deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida".

Qeyd edək ki, ölüm mesajını sosial şəbəkə vasitəsilə verib  bu dünyaya gözlərini əbədi yummaq qərarı verənlərə bütün dünyada rast gəlinir. Türkiyənin Şanlıurfa şəhərində Kahramanmaraş sakini 24 yaşlı Fatma Kapmiş adlı qız hərbçi sevgilisi 27 yaşlı Bestami İstekinin nişanlanacağı xəbərini eşidəndə onun yaşadığı mənzilə gəlib. Qız əvvəlcə sevgilisini, sonra isə özünü öldürüb.

Sevgilisini öldürdükdən sonra intihar etdiyi ehtimal edilən gənc qız Facebook-da "Qatili axtarmayın, bu dünyadan bərabər köçmək hər ikimizin qərarıdır", "Mən də səni sevirım Bestami İstək", "Artıq Facebook-dan istifadə etməyəcəm, sağolun sevdiyim insanlar" və bu kimi bir neçə status yazıb. Psixoloq  Dəyanət Rzayev Movqe.az-a açıqlamasında son vaxtlar canına qıyanların intihar edəcəkləri ilə bağlı bir neçə dəqiqə əvvəl sosial şəbəkədəki  hesabında  məlumat verməsinin səbəbini belə şərh edib: "Ümumiyyətlə son vaxtlar intihar edənlərin bu barədə təkcə ailə üzvlərini deyil, sosial şəbəkə istifadəçilərini də məlumatlandırması, canına qıyan insanların intihara əl atdıqları ilə bağlı daha çox insanın məlumatlı olmaq istəyindən qaynaqlanır. Əvvəllər intihar edən insanlar kiçik bir vərəqə özlərinə qəsd etdiklərini qeyd edib həmin məktubu evdə stolun üstünə qoyaraq həyatla vidalaşırdılar. Amma son zamanlar sosial şəbəkələrdə fəallıq var, bu şəbəkələrdən istifadə edənlərin sayı çox olduğundan, intihara əl atanlar da, bu barədə bir status yazaraq canlarına qıyırlar. Sanki bununla özlərində ölümləri barədə daha çox insanın xəbərdar olmasından rahatlıq tapırlar. Bəziləri isə bu statusla sanki ətrafdakılardam kömək istəyir. Sosial şəbəkə istifadəçilərinin sayının çox olduğundan, bu məkanda ölümdən əvvəl məşhur olmaq üçün intihar mesajı verənlər də olur".